"Azər-Türk Bank" ASC-nin emissiya prospekti haqqında “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin nominal dəyəri 1,00 manat və miqdarı 990.520 ədəd adi sənədsiz adlı səhmlərinin emissiya prospekti Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 01.07.2010-cu il tarixdə AZ100300442P nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Emissiya prospektinə əsasən, səhmlərin yerləşdirilməsi kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə keçiriləcəkdir. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində çıxış edən təşkilat "Caspian Financial" MMC-dir.