"Azər-Türk Bank" ASC ilə QDTİB arasında kredit müqaviləsi bağlanılmışdır.
21.10.2009-cu il tarixdə "Azər-Türk Bank" ASC-nin Baş Ofisində "Azər-Türk Bank" ASC ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında 5 (beş) il müddətinə 4.000.000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsi bağlanılmışdır. Bu kredit müqaviləsi Bankın beynəlxalq maliyyə institutları ilə olan ilk əməkdaşlığıdır. Alınacaq kredit xətti Bank tərəfindən kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin maliyyələşdirilməsinə istiqamətləndiriləcəkdir.