Bank haqqında
Hüquqi şəxslər
Fiziki şəxslər
English    
 Bank haqqında
Korporativ idarəetmə sistemi

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin təşkilati strukturu Bankın Səhmdarlarının növbəti Ümumi Yığıncağının 14.02.2008-ci il tarixli qərarı ilə yenidən təsdiq edilmişdir.

Bankın idarəetmə strukturu ali idarəetmə orqanı olan Səhmdarların Ümumi Yığıncağından, bankın idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata keçirən Müşahidə Şurasından, bankda audit işini təşkil edən Audit Komitəsi və məsul icra orqanı olan İdarə Heyətindən ibarətdir.

Bankın Müşahidə Şurasının səlahiyyətləri (Müşahidə Şurasının Əsasnaməsindən çıxarış):
- Bankın idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata keçirmək, o cümlədən Bankın İdarə Heyətindən hesabat almaq;
- Səhmdarların Ümumi Yığıncağı və İdarə Heyəti üçün tövsiyələr vermək;
- Səhmdarların Ümumi Yığıncağının hər bir iclasını bildirişlər göndərmək yolu ilə çağırmaq və səhmdarların, habelə Audit Komitəsinin və İdarə Heyətinin tələbi ilə onların gündəliyi üzrə keçirilən növbədənkənar iclaslar istisna olmaqla, hər bir iclasın gündəliyini qəbul etmək;
- Bank tərəfindən qüvvədə olan  qanunvericiliyin  pozulması faktını müəyyən etdikdə, bu pozuntu barəsində Səhmdarların Ümumi Yığıncağını, Audit Komitəsini və İdarə Heyətini xəbərdar etmək, Milli Banka isə bank qanunvericiliyinin pozulması faktları barədə bildiriş göndərmək;
-
“Banklar haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq, İdarə Heyəti üzvlərini vəzifədən kənarlaşdırmaq, Səhmdarların Ümumi Yığıncağında təsdiq edilənədək onları müvəqqəti olaraq qanunvericiliyin tələblərinə cavab verən başqa şəxslərlə əvəz etmək;
-
Bank ilə İdarə Heyətinin bir və ya bir neçə üzvü arasında mənafelər toqquşması olduğu hallarda Bankı idarə və təmsil edir. Bu səlahiyyəti icra etməzdən əvvəl Milli Banka  əsasları göstərilməklə yazılı bildiriş göndərir və Səhmdarların Ümumi Yığıncağının növbədənkənar iclasını cağırır;
-
Bankın etibarlı və prudensial idarə olunmasını təmin etmək üçün zəruri olan qaydaları və daxili əsasnamələri qəbul etmək;
-
 Bankın kapital ehtiyatları yaradılması haqqında qərar qəbul etmək;
-
Bankın nizamnamə kapitalının 50 faizindən artıq məbləğdə əqdlərin bağlanmasına icazə vermək;
-
Banka aidiyyəti şəxslər və aidiyyəti şəxs  adından hərəkət edən şəxslər ilə əqdlər bağlanmasını təsdiq etmək;
-
Bankın fəaliyyətinin kompleks və ya ayrı-ayrı sahələrinin yoxlanması barədə qərar qəbul etmək;

- kənar və daxili auditorların, habelə Milli Bankın yoxlamalarının nəticələrini nəzərdən keçirmək və bu yoxlamaların yekunlarına dair tədbirlər görmək;
-
“Banklar haqqında” Azərbaycan Respublikası qanunu və Milli Bankın normativ xarakterli aktları ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

Audit Komitəsinin səlahiyyətləri (Audit Komitəsinin Əsasnaməsindən çıxarış):
-
Bankın audit siyasətini və strategiyasını müəyyən etmək;
- daxili audit planlarını təsdiq etmək və daxili audit bölməsinin fəaliyyətinə nəzarəti həyata keçirmək;
- kənar auditin təyin edilməsi ilə əlaqədar Bankın səlahiyyətli idarəetmə orqanlarına təkliflər vermək;
-
kənar auditlə birgə işi təşkil etmək, auditin nəticə və tövsiyyələrinin  həyata keçirilməsinə yardım etmək;
-
Bankın idarəetmə orqanları ilə kənar auditorlar, habelə nəzarət orqanları arasında əlaqələr qurmaq;
-
daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair Səhmdarların Ümumi Yığıncağına və Müşahidə Şurasına təkliflər vermək;
-
daxili audit bölməsinin əsasnaməsini hazırlamaq;
-
Bankın inzibati, əməliyyat, uçot siyasəti və prosedurları üçün müvafiq daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi barədə təkliflər vermək;
-
əməliyyatlarla bağlı vəzifələrin və məsuliyyətin bölüşdürülməsinin və əməliyyatlar üzrə ikili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi barədə təkliflər vermək;
-
daxili audit bölməsinin büdcəsi, daxili auditorların vəzifəyə təyin olunması və irəliləyişi, mükafatlandırılması və işdən azad olunması barədə Müşahidə Şurasına təkliflər vermək;
-
Bankın daxili nəzarətinin vəziyyətinin Bankın reqlamentinə və fəaliyyətin Strateji Planına uyğunluğunun yoxlanılmasına dair audit hesabatlarını və audit nəticələrinin müstəqilliyini və əsaslandırılmasını qiymətləndirmək və təsdiq etmək;
-
daxili audit yoxlamasının nəticələrini, rəy, təklif və tövsiyyələrini Müşahidə Şurasına təqdim və birgə təhlil etmək;
-
aşkar edilmiş səhvlərin, nöqsanların, uyğunsuzluqların və çatışmamazlıqların aradan qaldırılması barədə Müşahidə Şurasına təkliflər vermək;
-
kənar auditin gedişi zamanı Bankın fəaliyyətinə dair mühüm fakt və məlumatların kənar auditora təqdim edilməsini təmin etmək;
-
kənar auditordan audit zamanı aşkar olunan mühüm faktlar və hadisələr haqqında məlumatın dərhal ona verilməsini tələb etmək;
-
Bankın daxili nəzarətinə və maliyyə vəziyyətinə dair mühüm məlumatları əks edən kənar auditorun hesabatının İdarə Heyətinə təqdim edilməsini təmin etmək;
-
kənar auditor, İdarə Heyəti və digər inzibatçılarla birlikdə hesabatı müzakirə və təhlil etmək, çatışmazlıqların və pozuntuların aradan qaldırılması üçün tədbirlər planlarının hazırlanması üzrə təkliflər vermək;
-
zərurət yarandıqda mühüm məsələlərin müzakirə edilməsi məqsədi ilə Milli Bankın, kənar auditorun və Bankın digər idarəetmə orqanlarının iştirakı ilə görüşlərin keçirilməsini təşkil etmək;
- Milli Bankın normativ xarakterli aktları ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

İdarə Heyətinin vəzifələri (İdarə Heyətinin Əsasnaməsindən çıxarış):
- Bankda cari rəhbərliyi həyata keçirmək;
- Strateji baxışın və Missiya hesabatının layihəsini hazırlamaq və təsdiq olunmaq üçün Müşahidə Şurasına təqdim etmək;
- Strateji planı hazırlamaq və təsdiq olunmaq üçün Müşahidə Şurasına təqdim etmək;
- hər ay Strateji planın icrası istiqamətində Bankın fəaliyyətini təhlil etmək və bu barədə hesabat hazırlamaq;
- strateji hədəflərin icrası barədə Müşahidə Şurasına illik hesabat hazırlamaq;
- Bankda maliyyə nəzarətini və büdcənin yerinə yetirilməsini təmin etmək;
- Bankın qarşılaşdığı və ya qarşılaşa biləcəyi risklərin idarə edilməsi üçün lazımi tədbirlər görmək;
- İdarə Heyətinə həvalə olunmuş hüquqlar çərçivəsində vəzifələrin və məsuliyyətin bölüşdürülməsini təmin etmək;
- idarəetmə hesabatlıq sistemini və Bankın səmərəli idarə edilməsini təmin edən strukturun  təsdiqini və tətbiqini təmin etmək;
- yeni işçilərin müsabiqə yolu ilə seçilməsini təmin etmək;
- Bankın yerləşdiyi binada yazılı formada depozitlərin (əmanətlərin) qəbul edilməsinin, kreditlərin verilməsinin, hesablaşma-kassa xidmətinin və pul köçürmələrinin aparılması şərtləri və qaydaları haqqında müştərilərə məlumat verilməsini təmin etmək;
- Müşahidə Şurası iclaslarına normativ aktlarla müəyyən olunmuş hesabatlar və məlumatlar təqdim etmək;
- qanunvericiliklə müəyyən olunmuş və ya Müşahidə Şurası tərəfindən verilmiş digər vəzifələri yerinə yetirmək.

Daxili auditorun vəzifələri (Daixili audtorun vəzifə təlimatından çıxarış):
- Bankın ayrı-ayrı əməkdaşları və struktur bölmələrinin icra etdiyi əməliyyatların qanunvericiliyə, normativ aktlara və daxili sənədlərə uyğunluğunu müəyyən etmək məqsədilə, mütəmadi olaraq yoxlamaların aparılmasını təmin etmək;
- Bankın əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktların, təlimatların, daxili sənədlərin, peşə etikası standartlarının tələblərinin pozulması faktlarını tədqiq etmək, uyğunsuzluqları yaxud saxtakarlıq əlamətlərini aşkara çıxarmaq;
- aşkar edilmiş nöqsanların aradan qaldırılması və buna nəzarət məqsədilə tövsiyyələr işləyib hazırlamaq;
- aparılmış yoxlamaların nəticələri və aşkar edilmiş hər bir faktın müvafiq qaydada sənədləşdirilməsini təmin etmək;
- aparılmış yoxlamaların nəticələri, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlar və onların aradan qaldırılması barədə vaxtında rəhbərliyə məlumat vermək;
- bankın əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktların, daxili sənədlərin tələblərinin öyrənilməsi üzrə işin təşkilinə nəzarət etmək;
- mühasibat uçotu və hesabat sisteminin adekvatlığını təhlil etmək;
- inzibati nəzarət mexanizmləri və qaydaların, habelə əməliyyatların səmərəliyinə qiymət vermək;
- yeni siyasət formalaşdırılarkən və köhnə siyasətə yenidən baxılarkən, yaxud yeni fəaliyyət növlərinin planlaşdırılması prosesində və onların tətbiqinin müxtəlif mərhələlərində nəzarət mexanizmlərinin mövcudluğunu təmin etmək;
- Audit Komitəsi tərəfindən verilmiş digər vəzifələr.

Maliyyə idarəetməsi, hesabatlıq və daxili nəzarət prosesləri (Bankın Nizamnaməsindən çıxarış):
- Bankda beynəlxalq mühasibat standartlarına uyğun olaraq, mühasibat uçotu qaydaları və onun fəaliyyətini və maliyyə vəziyyətini əks etdirən hesabat işi Milli Bankın müəyyən etdiyi formada aparılır;
- Bankın maliyyə ili yanvar ayının 1-də başlanır və dekabr ayının 31-də  başa çatır;
- maliyyə hesabatı ayrıca olaraq Bankın və konsolidasiya əsasında onun törəmə təsərrüfat cəmiyyətlərinin, filiallarının, şöbələrinin, nümayəndəliklərinin fəaliyyətini və maliyyə vəziyyətini əks etdirir;
- Bank müəyyən edilmiş tələblərə müvafiq hər bir yerli filialı üçün ayrıca olaraq və konsolidasiya əsasında fəaliyyətlərini və maliyyə vəziyyətini əks etdirən maliyyə hesabatlarının tərtib edilməsini təmin edir;
- Bankda mühasibat uçotunun təşkili və aparılması üçün İdarə Heyətinin sədri və baş mühasib qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar;
- Bankın fəaliyyəti daxili audit bölməsi tərəfindən Milli Bankın normativ xarakterli aktları ilə müəyyən olunmuş qaydada yoxlanılır və yoxlamanın nəticələri Audit Komitəsində və Müşahidə Şurasında, habelə lazımi hallarda Səhmdarların Ümumi Yığıncağında müzakirə olunur;
- Bankın maliyyə fəaliyyəti hər il auditor fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan kənar auditor tərəfindən yoxlanılır. Kənar auditor tərəfindən təsdiqlənmiş, konsolidasiya əsasında hazırlanmış maliyyə hesabatı auditor rəyi ilə birlikdə Bankın səhmdarlarına, habelə müştərilərin tələbi ilə onlara təqdim edilir. Milli Banka təqdim olunan həmin maliyyə hesabatı qanunvericiliyə uyğun olaraq kütləvi informasiya vasitələrində dərc edilir.

Məzənnələr <
07.09.10
 Valyuta
Milli
Bank
Azər-Türk Bank
alış
satış
USD
0.8035
0.8000
0.8043
EUR
1.0300
1.0200
1.0350
© Azər-Türk Bank ASC
DreamArt şirkətinin istehsalı
   Azərbaycan Respublikası, Bakı şəhəri, Xocalı prospekti 55; AZ 1025;
   Telefon: +99412 464 42 12 (13-19); Faks: +99412 464 42 03; E-mail: atb@azerturkbank.biz