"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti sərfəli tariflərlə (plastik kart üzrə tariflər ) fiziki şəxs müştərilərinə MasterCard İnternational kart təşkilatının aşağıdakı kartlarını təklif edir: -Maestro; -MasterCard Standard; -MasterCard Gold; -MasterCard Platinum.
Maestro kart istisna olmaqla, digər kartlar üzrə 40 günədək faizsiz kredit xətti almaq imkanı mövcuddur. Kredit xətti üzrə ay ərzində istifadə edilmiş kredit məbləği növbəti ayın 10-na kimi ödənilsə, kreditə faiz hesablanmır. Əks halda, növbəti ayın 11-dən etibarən borc məbləğinə illik 22 % dərəcəsi ilə faiz hesablanır. Kredit kartlarının şərtləri ilə burada tanış ola bilərsiniz.