İstehlak kreditləri"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti fiziki şəxslərə maksimum 24 ay müddətinədək ev (mənzil) təmiri, məişət avadanlıqlarının alınması, təhsil, müalicə və digər şəxsi məqsədlər üçün istehlak kreditləri təqdim edir. Kreditin maksimal məbləği 25.000 ABŞ dolları ekvivalentidir. Kreditlər üzrə faiz dərəcələri aşağıdakı kimidir:
|
Müddət |
Faiz dərəcəsi |
|
12 ayadək |
23,00 |
|
12 aydan 18 ayadək |
24,00 |
|
18 aydan 24 ayadək |
25,00 |
5.000,00 ABŞ dolları ekvivalenti məbləğinədək kreditlər zaminliklə, 5.000,00 ABŞ dolları ekvivalentindən yüksək məbləğdə kreditlər isə daşınar və daşınmaz əmlakın girovu ilə verilir. İstehlak kreditlərinin verilməsi üçün fiziki şəxslərdən aşağıdakı sənədlər tələb edilir:
- sifariş forması;
- şəxsiyyət vəsiqəsinin surəti (zaminlik əsasında verilən kreditlərdə zaminlərin də şəxsiyyət vəsiqəsinin surətləri);
- əməkhaqqı, vəzifəsi və iş stajı barədə iş yerindən arayış (zaminlik əsasında verilən kreditlərdə zaminlər üçün də arayış)*;
- ipoteka olaraq alınacaq əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənədlər;
- Bankın daxili qaydaları ilə müəyyən edilmiş digər sənədlər.
* İşçinin minimum üç aylıq iş stajının olması tələb edilir.