Bank haqqında
Hüquqi şəxslər
Fiziki şəxslər
English    
 Hüquqi şəxslər
Kreditlər

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti hüquqi və sahibkar fiziki şəxslərə maksimum 18 ay müddətinədək kreditləri illik 18% - 22% dərəcəsi ilə təklif edir. Kreditlər Azərbaycan manatı və ABŞ dolları ilə nağd və ya qeyri-nağd (qarantiya, idxal akkreditivi və s.) olaraq verilir və  kreditlərin maksimal məbləği 500.000,00 AZN ekvivalenti təşkil edir. Kreditlər nağd vəsaitlərin, habelə daşınan və daşınmaz əmlakın girovu, eyni zamanda yüksək reytinqli bankların qarantiyaları əsasında, ticarət, xidmət, inşaat, istehsal və kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən hüquqi və sahibkar fiziki şəxslərin dövriyyə vəsaitlərinin maliyələşdirilməsi məqsədi ilə verilir.

Kreditlərin verilməsi üçün hüquqi və sahibkar fiziki şəxslərdən aşağıdakı sənədlər tələb edilir:
1) sifariş forması;
2) biznes plan (sərbəst formada);
3) son üç ilin balans hesabatları (sahibkar fiziki şəxslər üçün illik gəlir bəyannamələri);
4) hüquqi şəxsin nizamnaməsinin surəti;
5) girov qoyulacaq əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;
6) Bankın daxili qaydaları ilə müəyyən edilmiş digər sənədlər.

Kreditlərin verilməsi zamanı müvafiq biznes sahəsində müəyyən bazar payı və yaxşı iş təcrübəsi olan, eyni zamanda xüsusi maliyyə resurslarına malik hüquqi və sahibkar fiziki şəxslərə üstünlük verilir.

 
Məzənnələr <
05.09.10
 Valyuta
Milli
Bank
Azər-Türk Bank
alış
satış
USD
0.8035
0.8000
0.8043
EUR
1.0300
1.0200
1.0350
© Azər-Türk Bank ASC
DreamArt şirkətinin istehsalı
   Azərbaycan Respublikası, Bakı şəhəri, Xocalı prospekti 55; AZ 1025;
   Telefon: +99412 464 42 12 (13-19); Faks: +99412 464 42 03; E-mail: atb@azerturkbank.biz