Bank haqqında
Hüquqi şəxslər
Fiziki şəxslər
English    
 Hüquqi şəxslər
Hesablaşma-kassa xidməti

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətində hüquqi və sahibkar fiziki şəxslərə Azərbaycan manatı, ABŞ dolları, avro, Rusiya rublu və Türkiyə lirəsində cari hesablar açılır. Hesabların açılması və onlar üzrə əməliyyatların aparılması rejimi Azərbaycan Respublikasının qanunvericiliyinə və Bankın daxili qaydalarına uyğun olaraq həyata keçirilir. Cari hesabların açılması üçün hüquqi və sahibkar fiziki şəxslərdən aşağıdakı sənədlər tələb edilir:
-ərizə;
- hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
- dövlət qeydiyyatı haqqında sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
- sahibkar fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədin surəti;
- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən verilmiş şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;
- Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunda uçota alınma barədə bildirişin əsli;
- müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;
- imza və möhür nümunələri vərəqəsi;
- hüquqi şəxsin rəhbərinin və baş mühasibinin təyin edilməsini təsdiq edən sənədlər, habelə onların şəxsiyyətini təsdiq edən sənədlərin surətləri;
- hüquqi şəxsin icra orqanı haqqında məlumat forması;
- Bankın daxili qaydaları ilə nəzərdə tutulmuş digər sənədlər.

Hüquqi şəxsin filiallarına, nümayəndəliklərinə və digər ayrıca bölmələrinə cari hesabların açılması üçün aşağıdakı sənədlər tələb edilir:
- ərizə;
- baş təşkilatın dövlət qeydiyyatına alınması haqqında sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
- filialın, nümayəndəliyin, digər ayrıca bölmənin yuxarı təşkilatı tərəfindən təsdiq edilmiş nizamnaməsinin (əsasnaməsinin) əsli və ya notariat qaydada təsdiq edilmiş surəti;
- Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunda uçota alınma barədə bildirişin əsli;
- müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;
- imza və möhür nümunələri vərəqəsi;
- Filialın, nümayəndəliyin və digər ayrıca bölmənin rəhbərinin və baş mühasibinin təyin edilməsini təsdiq edən sənədlər, habelə onların şəxsiyyətini təsdiq edən sənədlərin surətləri;
- filialın, nümayəndəliyin, digər ayrıca bölmənin icra orqanı haqqında məlumat forması;
- Bankın daxili qaydaları ilə müəyyən edilmiş digər sənədlər.

Hesabın açılması və onlar üzrə aparılmış əməliyyatlara görə xidmət haqqı "Azər-Türk Bank" ASC-nin tariflərinə uyğun olaraq tutulur.
Məzənnələr <
05.09.10
 Valyuta
Milli
Bank
Azər-Türk Bank
alış
satış
USD
0.8035
0.8000
0.8043
EUR
1.0300
1.0200
1.0350
© Azər-Türk Bank ASC
DreamArt şirkətinin istehsalı
   Azərbaycan Respublikası, Bakı şəhəri, Xocalı prospekti 55; AZ 1025;
   Telefon: +99412 464 42 12 (13-19); Faks: +99412 464 42 03; E-mail: atb@azerturkbank.biz