Plastİk Kartlar
Azər-Türk Bankda təklif edilən plastik kart növləri
- Lokal
- MasterCard Gold
- Maestro
- MasterCard Platinum
- MasterCard Standard
Plastik kartların imkanları
- Nəğd vəsait gəzdirməyə ehtiyacın qalmaması
- Ölkə daxilində və xaricində müxtəlif növ alış-veriş əməliyyatlarının aparılması və xidmətlərin dəyərinin ödənilməsi
- Ölkə daxilində və xaricində 24 saat ərzində üzərində kartın rəmzi olan ATM və məntəqələrdən nəğd vəsait çıxarılması
- İstənilən vaxtda ATM-lərin göstərdiyi bütün xidmətlərdən istifadə edilməsi
- Ölkə daxilində və xaricində kartın nəğd vəsait əvəzi qəbul edilməsi
- Müxtəlif valyutalarda ödənişlərin edilməsi
- ATM-lər vasitəsilə şəbəkəyə daxil edilmiş mobil rabitə ödənişlərinin edilməsi
- Card-to-Card xidməti (bir kartdan digər karta pul köçürülməsi)
- Fiziki şəxslər üçün plastik kart üzrə kredit xəttindən istifadə edilməsi (bu zaman 40 günə kimi faizsiz kreditdən istifadə etmək mümkün ola bilər)
- Kart itirildikdə və ya oğurlandıqda nəğd vəsaitlə müqayisədə onun başqa bir şəxs tərəfindən istifadəsinin daha çətin olması (bank tərəfindən kartla bağlı sonrakı əməliyyatlar bloklaşdırıldığı zaman isə bu tamamilə mümkünsüz olur)
Plastik kartların hüquqi şəxslərə faydaları
- İşçilərlə bağlı ödənişlərin daha çevik həyata keçirilməsi
- İş vaxtına qənaət edilərək səmərəliliyin artırılması
- İnkassasiya və kassa xidmətlərinə ehtiyacın qalmaması
- Korporativ xərclərin həyata keçirilməsi üçün daha etibarlı maliyyə aləti
- Xidməti xərclərə sadələşdirilmiş şəkildə nəzarət edilməsi
- Əməliyyatların məxviliyi
Plastik kartları Bankımızdan necə əldə etmək olar
Bunun üçün sadəcə Azər-Türk Banka gəlib Müştəri Xidmətlərinə yaxınlaşaraq istənilən valyutada (AZN, USD, EURO) və istənilən növdə kredit kartını ala bilərsiniz
Kartın hazırlanma müddəti
- Adi qaydada (3 iş günü)
- Təcili (1 iş günü)
“AZƏR-TÜRK BANK” ASC
Kredit kartlarının verilməsi şərtlərini Sizə təqdim edir
Kredit xəttinin maksimum məbləği
MasterCard Standard - 5000 AZN/USD
MasterCard Gold - 10000 AZN/USD
MasterCard Platinum - 15000 AZN/USD
Kredit xəttinin məbləği
Stabil işə və gəlirə sahib, son iş yerində minimum 3 ay stajı olan və xalis əməkhaqqı ən az 250 AZN təşkil edən fiziki şəxslərə xalis əməkhaqqının 3 mislinə kimi
Azər-Türk Bank ASC-də minimum 1000 AZN/USD məbləğində depoziti olan fiziki şəxslərə depozit məbləğinin 90 faizi həcmində
Kredit xəttinin müddəti
Kart üzrə kredit xətti 1 ildən 3ilədək açıla bilər
Faiz dərəcəsi
İllik 22%
Əlavə bank xərcləri
İllik xidmət haqqı və sığorta xərci (həyat sığortası)
Ödəniş forması
Hər ayın 10-na kimi əvvəlki ayın sonuna hesab üzrə çıxarışdakı borcun ən azı 20 faizi ödənilməlidir. İki ardıcıl minimum ödəniş həyata keçirilmədikdə, kart üzrə kredit xəttindən istifadə dayandırılır. Kredit xətti dayandırıldıqdan sonra növbəti ayın 10-na kimi borcun 20 faizi məbləğində ödəniş olduqda, kart üzrə kredit xətti bərpa olunur. Əks halda kredit vaxtı keçmiş hesaba atılaraq kart üzrə kredit xətti ləğv edilir və yaranmış borca əlavə 15 faiz dərəcəsilə gecikmə faizi hesablanbır.
Güzəşt müddəti
Güzəşt müddəti növbəti ayın 10-na kimidir. Növbəti ayin 10-u qeyri-iş gününə düşərsə, son ödəmə tarixi bir əvvəlki iş günü hesab edilir və faiz ayın 11-ci günündən başlayaraq hesablanır.
Təminat
Kart üzrə kredit xətti əməkhaqqı əsasında açıldıqda, borcalan şəxs üçün müəyyən edilmiş tələblərə cavab verən ən azı bir şəxsin zaminliyi tələb olunur.
Tələb olunan sənədlər
- Plastik kartların alınmasına və istifadəsinə dair ərizə forması
- Şəxsiyyət vəsiqəsi (zaminliklə verildikdə, zamin üçün də)
- Əməkhaqqı barədə iş yerindən arayış (zamin üçün də)
- Qeyri-rezident borcalan və ya zamin üçün yaşayış yerinin müəyyən edilməsi barədə sənəd və əmək fəaliyyətilə məşğul olmaq üçün müvafiq dövlət orqanının verdiyi fərdi icazə
Kredit müraciətinə baxılma və kartın hazırlanma müddəti
3 – 4 iş günü
Əlaqə vaxtı
bazar ertəsi – cümə, saat 09:00-dan 17:30 – dək
Pul vəsaitini istənilən bankomatdan ala bilərsiniz.
Pul vəsaitinin alınmasına görə bank Sizdən heç bir komissiya haqqı tutmur, komissiya yalnız, bankın mövcud tariflərinə əsasən, nağd pulun çıxarılmasına və konvertasiya əməliyyatına görə (əgər həyata keçirilibsə) tutulur.



ANA SƏHİFƏ
