Pos-termİnal
Plastik kart sayının günü-gündən artması (ən son məlumatlara görə Azərbaycanda 3,1 milyondan artıq ödəniş kartı mövcuddur) və kart vasitəsilə edilən nağdsız ödənişlərdə kart sahibindən heç bir komisyon haqqının tutulmaması nağdsız ödənişlərə, eyni zamanda pos-terminallara olan tələbi daha da yüksəldir.
Pos-terminal - həm yerli, həm də xarici banklar tərəfindən emissiya olunmuş plastik kartlar vasitəsilə mal, iş və xidmətlərin haqqının nağdsız ödənişi üçün ticarət və xidmət müəssisələrində quraşdırılan xüsusi avadanlıqdır.
"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılan pos-terminalların quraşdırılması şərtləri və onlarla aparılan əməliyyatlar üzrə tariflərlə burada tanış ola bilərsiniz.



ANA SƏHİFƏ
