Sənədlİ Akkredİtİvlər
Azər-Türk Bank ASC korporativ müştərilərə sənədli akkreditivin təqdim edilməsi üzrə tam xidmətlər kompleksi təklif edir.
Akkreditivdən istifadənin Alıcı üçün üstünlükləri:
• Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirdikdən sonra malın ödənişinə dair zəmanət
• Mal / xidmətlərin akkreditivdə nəzərdə tutulmuş şərtlərə və müddətə uyğun alınmasına zəmanət
• Ödəniş qabiliyyətinə təminat və qabaqcıl maliyyə alətlərinin nümayişi (endirim əldə etmək imkanı)
• Ödəniş şərtlərinə çevik yanaşma
• Ödəniş üçün möhlətin verilməsi
Akkreditivdən istifadənin Satıcı üçün üstünlükləri:
• Mal / xidmətlərin ödənişinin alıcıdan asılı olmayaraq alınmasına zəmanət (akkreditivin bütün şərtlərinə əməl olunması faktı üzrə)
• Ödəməni malın alıcıya çatdırılmasından tez almaq imkanı
• Mal / xidmətlərin akkreditivdə nəzərdə tutulmuş şərtlərlə və müddət ərzində alınmasına zəmanət
• Akkreditivin çevik sxemi sayəsində mürəkkəb kommersiya müqavilələrini həyata keçirmək imkanı



ANA SƏHİFƏ
