AZ  EN  RU MƏLUMAT MƏRKƏZİ: +994 (12) 464 4212

 
BANKLARARASI KREDİTLƏR

Azər-Türk Bank banklara aşağıdakı şərtlərlə manat və xarici valyuta ilə Banklararası Kreditlərin  təqdim edilməsi üzrə Xidmətlər Kompleksini təklif edir:


Kredit üzrə faiz dərəcələri - orta bazar faiz dərəcələri nəzərə alınmaqla müqavilə şərtləri ilə müəyyənləşdirilir
• Kreditin məbləği - 750 000 manat məbləğinədək
• Kreditin müddəti - 1 ilədək
• Kreditin girov təminatı:
- Daşınmaz əmlak
- Manatla və azad konvertasiya edilən xarici valyuta ilə depozitlər
• Kreditlər iki sxem üzrə ödənilir:
- Annuitetlər ilə ödəmə (kredit üzrə əsas borcun və faizlərin məbləğlərini özündə birləşdirən bərabər aylıq haqlar)
- Faizlərin hər ay ödənilməsi şərti ilə Borcalan bank ilə razılaşdırılmış qrafik üzrə kreditin əsas məbləğinin ödənilməsi


Bundan başqa, bank 1 ilədək olan müddətə kredit xəttinin rəsmiləşdirilməsi imkanını təqdim edir və bu müddət ərzində Borcalan bank müqavilədə göstərilmiş limit çərçivəsində müəyyən məbləğin dəfələrlə alınması və ödənilməsi imkanına malik olur.