MÜXBİR HESABLARA XİDMƏT
Bankda mövcud olan müxbir hesablara kompleks xidmətlər sistemi digər banklara aşağıdakıları həyata keçirməyə imkan verir.
• müxbir hesabları aparmaq
• respublikada və xaricdə nəğdsız hesablaşmalar aparmaq
• konversiya əməliyyatları aparmaq
• əməliyyatlar və hesabın vəziyyəti haqqında arayış və çıxarışlar, ödəmə sənədlərinin surətlərini almaq
• nəğd pul vəsaitini hesaba köçürmək, hesabdan nəğd vəsait götürmək
• köçürülmüş pul vəsaitinin axtarışı üçün sorğu vermək
• sorğu olunan dövrdə müştərinin hesab tarixi üzrə informasiya ilə təmin etmək
Bankda mövcud olan S.W.I.F.T. elektron ödəmə sistemi həm respublikanın ərazisində, həm də xaricdə köçürmələri tez və keyfiyyətlə həyata keçirir.
Rezident banklar üçün müxbir hesabların açılmasından ötrü lazım olan sənədlər:
1. Hesab açmaq üçün Ərizə
2. Nizamnamənin surəti (notarial qaydada təsdiq olunmuş formada)
3. Dövlət Qeydiyyatı haqqında sənədin surəti (notarial qaydada təsdiq olunmuş formada)
4. Bank lisenziyası (notarial qaydada təsdiq olunmuş formada)
5. Şəhadətnamə Dublikatlar (hər hesab növü üzrə 1 nüsxə)
6. İmza möhür nümunəsi - 2 ədəd (notarial qaydada təsdiq olunmuş formada)
7. İmza səlahiyyəti olan şəxslərin təyin olunma haqqında sənəd və ya əmrləri
8. Hesab üzrə sərəncam hüququna malik inzibatçının Mərkəzi Bankda attestasiyadan keçməsini təsdiq edən attestasiya vərəqəsinin notariat qaydasında təsdiq olunmuş surəti
9. Şəxsiyyət Vəsiqələrinin surəti
10. Müqavilə
11. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə bankın daxili nəzarət sistemi və bu sahəyə məsul şəxsi barədə, bankın əsas fəaliyyət istiqamətləri və sağlam nüfuzu barədə, habelə hər hansı səlahiyyətli orqan tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı banka qarşı istintaq hərəkətlərinin həyata keçirilməsi və/və ya nəzarət tədbirlərinin görülməsi barədə məlumat
Qeyri-rezident banklar üçün müxbir hesabların açılmasından ötrü lazım olan sənədlər:
1. Hesab açmaq üçün Ərizə
2. Bankın nizamnaməsinin və ya hüquqi statusunu əks etdirən digər sənədin, habelə qeydiyyatdan keçən ölkənin səlahiyyətli orqanı tərəfindən bank fəaliyyətinə icazə verən sənədin surətləri (qanunvericiliyə müvafiq qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş);
3. Son illik hesabat və ya son maliyyə ilinə audit yoxlamasının nəticələri barədə arayış
4. Son ayın 1-i tarixinə balans
5. Bankın rəhbərliyi haqqında məlumat, habelə səlahiyyətli imzalar nümunəsi məcmuəsi və ya hesab üzrə sərəncam vermək səlahiyyətlərinə malik şəxslərin imza nümunələrinin və bankın möhürünün qanunvericiliyə müvafiq qaydada leqallaşdırılmış əksi
6. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə nəzərdə tutulduğu halda, xarici bankın yerləşdiyi ölkənin səlahiyyətli orqanı tərəfindən (mərkəzi bank və ya digər səlahiyyətli orqan) müxbir hesabın açılmasına verilmiş icazə (qanunvericiliyə müvafiq qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş surəti)
7. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə bankın daxili nəzarət sistemi və bu sahəyə məsul şəxsi barədə, bankın əsas fəaliyyət istiqamətləri və sağlam nüfuzu barədə, habelə hər hansı səlahiyyətli orqan tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı banka qarşı istintaq hərəkətlərinin həyata keçirilməsi və/və ya nəzarət tədbirlərinin görülməsi barədə məlumat
*Azərbaycan Respublikası Milli Bankının təlimatlarına uyğun olaraq banklar yalnız Azərbaycan Respublikası Milli Bankında müxbir hesaba malik ola bilərlər.



ANA SƏHİFƏ
