Mİssİya
"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin Missiya Hesabatı Bankın Müşahidə Şurasının 23.12.2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş və Səhmdarların növbədənkənar Ümumi Yığıncağının 02.04.2010-ci il tarixli qərarı ilə qəbul edilmişdir.
Bankın səhmdarları insan resurslarına ən dəyərli aktiv kimi münasibət bəsləməyi, onların inkişafına və motivasiyasına xüsusi diqqət verməyi idarəetmə orqanları qarşısında bir nömrəli tapşırıq kimi qoyaraq, missiya hesabatını qısa formada aşağıdakı kimi formalaşdırırlar:
|
Azər-Türk Bank müştərilərinə rəqibləri ilə müqayisədə daha geniş çeşidli məhsulları, daha operativ və rəqabət qabiliyyətli şərtlərlə şəffaf formada təklif edən, işə sahibkar münasibət bəsləyən, inkişafına daima investisiya qoyulan və motivasiya olunmuş komandaya malik bir bankdır. |
Bank marketinq tədbirlərində və materiallarında aşağıdakı devizdən istifadə edir:
|
Etibar etdiyiniz ünvan |
Bankın səhmdarları 2009-2012-ci illəri əhatə edən strateji dövrün ilk 2 ilini institusional inkişaf ili elan edərək, idarəetmə sistemlərini təkmilləşdirməyi əsas strateji xətt kimi qəbul edir və Menecment qarşısında aşağıdakı strateji hədəfləri qoyur:
1. Korporativ İdarəetmə sistemlərini təkmilləşdirmək
2. İnsan resurslarının idarə edilməsi sistemlərini təkmilləşdirmək
3. İT sistemlərini təkmilləşdirmək
4. Risklərin idarə edilməsi işini təkmilləşdirmək
5. Maliyyə menecementi işini təkmilləşdirmək
6. Bankın ortaqlıq siyasətinə yenidən baxmaq
7. Marketinq və satış işini təkmilləşdirmək
8. Bankda müasir iş şəraiti yaratmaq
9. Təhlükəsizlik sistemini qurmaq
Bankın səhmdarları həm komanda üzvlərinə, həm də müştərilərinə aşağıdakı çağırışları edirlər:
1. Müştəri məramnaməsi
• Şəffaf xidmət
• Operativlik
• Rəqabətli şərt
• Rəqiblərə nisbətən daha geniş çeşidli xidmət
2. İşçi məramnaməsi
• Karyer inkişafı
• Sosial təminat
• İnvestisiya
• Loyallığı və səmərəliliyi artıran maddi və mənəvi motivasiya



ANA SƏHİFƏ
