AZ  EN  RU MƏLUMAT MƏRKƏZİ: +994 (12) 464 4212


Kənar audİtor haqqında məlumat


"Azər-Türk Bank" ASC-nin maliyyə fəaliyyətinin auditini həyata keçirmək üçün , kənar audit şirkəti Bankın Audit Komitəsinin tövsiyəsi nəzərə alınaraq, Azərbaycan Respublikasında bankların auditini həyata keçirən beynəlxalq audit şirkətlərindən alınan təkliflər əsasında Bankın Müşahidə Şurasının qərarı ilə seçilir. Kənar auditorun seçilməsi zamanı "Banklar haqqında" Azərbaycan Respublikasının Qanunun 44-cü maddəsi və Azərbaycan Respublikası Mərkəzi Bankının "Bankların və xarici bankların yerli filiallarının kənar auditinin aparılmasına dair tələblər haqqında Qaydalar"-la müəyyən edilən meyarlar əsas götürülmüşdür. Bankın 2010-cu il maliyyə fəaliyyətinin BMHS əsasında auditini aparmaq üçün Müşahidə Şurası tərəfindən "Baker Tilly Azerbaijan" Audit Şirkəti seşilmişdir. Seçilmiş "Baker Tilly Azerbaijan" Audit Şirkəti beynəlxalq səviyyədə audit və konsaltinq xidmətləri təklif edən, müstəqil firmalar şəbəkəsi olan "Baker Tilly İnternational" şirkətinin müstəqil üzvüdür. "Baker Tilly Azerbaijan" şirkəti aşağıdakı ünvanda fəlaiyyət göstərir: Bakı şəhəri, Bakıxanov küçəsi, 6 (Bridge Plaza) AZ1022